Qurban Qurbanovun oğlu milliyə dəvət aldı

Qurban Qurbanovun oğlu milliyə dəvət aldı
  06 Noyabr 2020    Oxunub:3473
Azərbaycan millisinin noyabrda keçirəcəyi ilin son oyunları üçün heyəti açıqlanıb.
Azvision.az xəbər verir ki, baş məşqçi Canni de Byazi qarşıdakı 3 görüşə çağıracağı futbolçuları müəyyənləşdirib.

Noyabrın 11-də Sloveniyaya qarşı yoldaşlıq görüşü, üç gün sonra Monteneqro, ayın 17-də isə Lüksemburqla Millətlər Liqası matçlarına 29 oyunçu dəvət olunub.

Geniş heyətə 3 yeni futbolçu cəlb olunub. Bunlar müdafiəçi Mert Çelik, “Sumayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov və “Qarabağ”ın hücumçusu Musa Qurbanlıdır.

Qeyd edək ki, Musa Qurbanlı "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğludur.

Azvision.az


Teqlər: Futbol   Yığma  





Xəbər lenti