“Qrupdan çıxmaq bizim üçün çətinləşdi” - Qurban Qurbanov

“Qrupdan çıxmaq bizim üçün çətinləşdi” -   Qurban Qurbanov
  06 Noyabr 2020    Oxunub:3342
"Rəqibi təbrik edirəm. Çox istəkli idik, daha yaxşı oynaya bilərdik. Daha çox topa sahib olmaq istədik. Amma qarşımızda yaxşı müdafiə xətti var idi".
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, rəqib sürətli hücuma çıxıb: "Sivasspor"un qələbəsi üçün sevinirəm, öz məğlubiyyətimizə görə üzülürəm. Futbolda qalibiyyət də var, məğlubiyyət də... Qrupdan çıxmaq bizim üçün çətinləşdi".

Azvision.az


Teqlər: QurbanQurbanov  





Xəbər lenti