Sivas valisi “Qarabağ”ı ziyarət etdi

Sivas valisi “Qarabağ”ı ziyarət etdi
  05 Noyabr 2020    Oxunub:2057
UEFA Avropa Liqasının I qrupunun 3-cü turunda Türkiyədə "Sivasspor"la qarşılaşacaq "Qarabağ" oyundan öncə xoş sürprizlə qarşılaşıb.
Azvision.az xəbər verir ki, Sivas valisi Salih Ayhan və digər rəsmilər komandanın qaldığı otelə gəlib.

Qonaqları "Qarabağ"ın direktoru Emrah Çelikel, baş meneceri Asif Əsgərov və digər rəsmilər qarşılayıblar. Onlara xatirə olaraq "Qarabağ" forması hədiyyə olunub. S.Ayhan komandanın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və "Qarabağ"ı Sivasda görməkdən qürur duyduğunu bildirib.

Qeyd edək ki, bu gün "Yeni Sivas 4 Eylül" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

Azvision.az


Teqlər: Qarabağ   Sivas  





Xəbər lenti