Polşada Beynəlxalq incəsənət festivalı keçiriləcək

Polşada Beynəlxalq incəsənət festivalı keçiriləcək
  01 Fevral 2014    Oxunub:1068
Polşada XXIII Beynəlxalq “Rəng sənəti” incəsənət festivalı keçiriləcək
Polşanın Qoleniou şəhərinin Mədəniyyət Evinin təşkilatçılığı və UNESCO üzrə Polşa Milli Komissiyasının dəstəyi ilə XXIII Beynəlxalq “Rəng sənəti” incəsənət festivalı keçiriləcək.

UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasından AzərTAc-a bildiriblər ki, festivalın məqsədi gənclər arasında bədii yaradıcılığın təşviq, uşaqların və yeniyetmələrin incəsənətdə dostluq və həmrəyliyinin nümayiş etdirilməsidir.

Festivalda 6-24 yaş arasında uşaqlar və gənclər “Nağıl, əfsanə və rəvayətlər ölkəsində” mövzusunda rəssamlıq, qrafika və fotoqrafçılıq sahələrində əsərlərlə iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün əsərlər ən geci cari il martın 1-dək UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına göndərilməlidir. Qaliblərin mükafatlandırılması mərasiminin Polşada təşkil edilməsi nəzərdə tutulur. Əsərlər beynəlxalq sərgilərdə nümayiş etdiriləcək.

Müsabiqə ilə bağlı əlavə məlumatı https://azvision.az/redirect.php?url=http://www.gdk.goleniow.pl/aktualnosci/informacje-z-gdk/item/381-xxiii-miedzynarodowy-festiwal-sztuki-pieknej-color-art linkindən əldə etmək olar.


Teqlər:





Xəbər lenti