Portuqaliya ilə oyununun hakimi dəyişdi

Portuqaliya ilə oyununun hakimi dəyişdi
  19 Mart 2013    Oxunub:2239
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyununa təyinatlarda dəyişiklik edilib.
AFFA-nın rəsmi saytında yer alan məlumata görə, qarşılaşmanın hakim-inspektoru, əvvəlcədən xəbər verildiyi kimi, Vasili Melniçuk (Ukrayna) deyil, Levan Paniaşvili (Gürcüstan) olacaq.

Azərbaycan - Portuqaliya oyununa təyinatları bir daha diqqətinizə çatdırırıq:

Baş hakim: Andre Marriner
Baş hakimin köməkçiləri: Simon Peter Bennett, Stuart Burt
Dördüncü hakim: Antony Taylor

Hakimlər briqadası İngiltərədəndir.

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
Komissar: İstvan Huszar (Macarıstan)


Teqlər:





Xəbər lenti