Türkiyədə koronavirusdan daha 67 nəfər öldü

  01 Oktyabr 2020    Oxunub : 1560
Türkiyədə koronavirusdan daha 67 nəfər öldü
Türkiyədə son sutka ərzində 67 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1407 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 8262, virusa yoluxanlar isə 320 070 nəfərə çatıb.

Türkiyədə indiyədək 281 151 pasiyent (son sutkada 1402 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az

Teqlər: Türkiyə   Koronavirus