Ermənilərin Culfaya yeni ideoloji hücumu – VİDEO

Ermənilərin Culfaya yeni ideoloji hücumu – VİDEO
  11 Fevral 2013    Oxunub:2846
Ermənistanın Armradio – İctimai radiosu öz saytında rejissor Tiqran Karapetyanın qondarma “Julfa“ genosidinə həsr edilmiş 20 dəqiqəlik sənədli filmini yayımlayıb.
Sayt yazır ki, Tiqran Karapetyan bu filmi atası Samvel Karapetyan ilə birgə 2006-cı ildə çəkib. Filmin ssenaristi də elə Samvel Karapetyandır. Sözügedən film Julfanın tarixindən (erməni “dəyərləndirmələri”nə əsasən - red.) və mədəni genosidindən bəhs edir. Bildirilir ki, guya Ermənistanın qədim monastırları, mədəniyyət və incəsənət nümunələri Azərbaycan və Naxçıvan Muxtar Respublikasının rəhbərləri tərəfindən məhv edilib. Samvel Karapetyan özü də etiraf edir ki, 2007-ci ildə Ermənistanda Prezident Mükafatına layiq görülən bu film təkcə mədəni deyil, həm də siyasi məqsədə xidmət edir.

Qeyd olunur ki, Ermənistan Milli Məclisinin təşəbbüsü ilə film Avropa Şurasının nümayəndə heyətinə təqdim olunub və heyət filimin Strasburqda nümayiş etdirilməsinə qərar verib. Filmə baxandan sonra bəzi ölkələrin millət vəkilləri Azərbaycanı “barbar ölkə” adlandırıblar.

Filmdə deyilir ki guya Azərbaycan əsgərləri ağır zirehli texnikanın, buldozerlərin köməyi ilə Erməni tarixinin izlərini silmək məqsədilə erməni kilsələrini, qəbrləri tamamilə məhv edib.

Buna görə azərbaycanlıları “barbar” adlandıranlar, görəsən, ermənilərin Dağlıq Qarabağda işğal olunmuş torpaqlarda məscidləri dağıtmalarını necə izah edəcəklər? Bəs bu Azərbaycan torpaqlarında Azərbaycan tarixinin izlərini silməyə cəhd deyilmi?! Belə çıxır ki, məscidləri dağıtdıqdan sonra bir-iki köhnə daş tapıb üzərinə bir iki xaç şəkli çəkdinsə, torpaq olur erməni torpağı? Bu məntiqlə yanaşsaq, ermənilər dolayı yolla Dağlıq Qarabağın Azərbaycan torpaqları olduğunu da etiraf edirlər.

Mənbəyi bəlli olmayan bir-iki kadrla gözdən pərdə asmağa çalışan ermənilər çəkdikləri bu filmdə yalnız bir–iki kilsə (həmin kilsələrin əksəriyyəti qədim alban kilsələridir - red.) və ya üzərində xaç olan erməni qəbrlərini göstərməklə Culfa şəhərinin əzəli erməni torpağı olduğunu sübut etməyə çalışırlar.

Bu da azmış kimi Naxçıvanın Culfa şəhərinə gələn bir sıra tarixçi və səyyahların yazılarını təhrif etməklə və ya öz çıxarlarına uyğun şəkildə təhlil etməklə də şəhərin ermənilərə məxsus olduğunu iddia edirlər.

Filmdə 1894-cü il “Yefron” ensiklopediyasında qeyd olunan yazılara diqqət çəkilir. Əslində isə həmin ensiklopediyada Culfa şəhərinin coğrafi mövqeyi və əhalisinin sayı haqqında məlumat verilir və şəhərin ermənilərə məxsus olduğunu sübut edən heç bir fakt yoxdur. 1890-cı ildə Culfaya səfər edən Fransa alimləri Madam Şantğ və ya Aleksandr Değodesin də yazılarında ermənilərin iddialarını sübut edəcək heç bir fakt yoxdur. Onlar sadəcə olaraq Araz çayının sahilində yerləşən qədim şəhərin gözəlliyindən və burada bir neçə kilsəyə rast gəldiklərindən yazıblar. Bir yerdə kilsənin olması isə həmin yerin ermənilərə məxsus olduğuna dəlalət etmir.

Səbinə Həsənova




Teqlər:  





Xəbər lenti