“Qarabağ” səfərdə “Legiya”ya qarşı

“Qarabağ” səfərdə “Legiya”ya qarşı
  01 Oktyabr 2020    Oxunub:3497
Oktyabrın 1-də UEFA Avropa Liqasında pley-off mərhələsinə start veriləcək.
Azvision.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” səfərdə Polşanın “Legiya” komandası ilə qarşılaşacaq. Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Görüş Almaniyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Tobias Ştiler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Şlager yerinə yetirəcək.

Qeyd edək ki, yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün cütün qalibi qrup mərhələsinə vəsiqə qazanacaq.

Azvision.az



Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti