“Xalqımız Ali Baş Komandanımıza inanır” - Qurban Qurbanov

“Xalqımız Ali Baş Komandanımıza inanır” -   Qurban Qurbanov
  01 Oktyabr 2020    Oxunub:3667
Yeni baş məşqçi gəldikdən sonra "Legiya"nın oyununda dəyişikliklər var. Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah bu komandaya qarşı yaxşı oynamağa çalışacağıq.
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" komandasının baş məşqçisi Qurban Qurbanov Polşada "Legiya"ya qarşı keçirəcəyi Avropa Liqasının pley-off mərhələsinin oyunundan əvvəl mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Varşavada olsalar da, ürəkləri Azərbaycandadır: "Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burda, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, oktyabrın 1-də keçiriləcək "Legiya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Azvision.az



Teqlər: Qarabağ   QurbanQurbanov  





Xəbər lenti