Neftçalada qatil tutuldu

Neftçalada qatil tutuldu
  19 Mart 2013    Oxunub:1638
Martın 18-də saat 20 radələrində Neftçala şəhər sakini, 1989-cu il təvəllüdlü Aydın Əsgərov çoxsaylı kəsici-deşici xəsarətlərlə Neftçala mərkəzi rayon xəstəxanasına daxil olub və aldığı xəsarətlərdən orada dünyasını dəyişib. Bu barədə Azvision.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Hadisə ilə əlaqədar məhkəmə-tibb ekspertinin iştirakı ilə rayon prokurorluğu və polis şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə, meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Fakta görə həmin tarixdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Neftçala rayon sakini Rüfət Bağırov tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Müəyyən edilib ki, R.Bağırov qeyd edilən tarixdə saat 20 radələrində rayonun Kürkənd kəndi ərazisində tanışı Aydın Əsgərovla şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:





Xəbər lenti