“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu - VİDEO

  25 Sentyabr 2020    Oxunub : 5858
“Qarabağ” məğlubiyyətdən son anda xilas oldu -  VİDEO
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib.
Azvision.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib.

Belə ki, son çempion "Qarabağ" səfərdə "Sumqayıt"ın qonağı olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Ağdam təmsilçisi son dəqiqələrdə vurulan qolla məğlubiyyətdən xilas olub.

Qeyd edək ki, bu nəticədən sonra "Sumqayıt" 7 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb, "Qarabağ" isə 5 xalla 4-cüdür.



Azvision.az

Teqlər: Qarabağ   Sumqayıt