“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu

  25 Sentyabr 2020    Oxunub : 3869
“Qarabağ”ın pley-offdakı rəqibi məlum oldu
“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi məlum olub.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi Polşanın “Legiya” klubudur. Varşava təmsilçisi 3-cü təsnifat mərhələsində Kosovo "Drita"sına 2:0 hesabı ilə qalib gəlib.

“Legiya” – “Qarabağ” görüşü “Voyska Polskoqo” stadionunda keçiriləcək. Oktyabrın 1-də təşkil olunacaq qarşılaşmanın qalibi qrup mərhələsinə yüksələcək.

Azvision.az

Teqlər: Qarabağ   Klubu