“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı - YENİLƏNİB
Kiprdəki “AEK Arena” stadionunda keçirilən görüşü serbiyalı hakimlər briqadası idarə edib. Oyunun baş hakimi Scran Yovanoviç olub.
Gərgin mübarizə şəraitində keçən matçın əsas vaxtında hesab açılmayıb. Qarşılaşmada əlavə vaxt oynanılıb.
102-ci dəqiqədə “Qarabağ”ın qapısına penalti təyin edilib. Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev zərbəni dəf edib.
Qarşılıqlı hücumlara baxmayaraq, əlavə vaxtda qalib müəyyənləşməyib. Penaltilər seriyasında qalib gələn (6:5) "Molde" növbəti tura yüksəlib. Bununla “Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb.
***
Bu gün UEFA Çempionlar Liqasının III seçmə mərhələsində qarşılaşacaq “Qarabağ” və “Molde” klublarının start heyətləri açıqlanıb.
Azvision.az xəbər verir ki, Kiprdəki “AEK Arena”da stadionunda keçiriləcək matça komandalar aşağıdakı heyətlə çıxacaqlar.
“Qarabağ” klubu
12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 81. Kevin Madina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev, 7. Ovusu Kvabena, 19. Filip Ozobiç, 11. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 1. Emil Balayev, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
“Molde” klubu
1. Linde, 28. Haugen, 11. Elingsen, 6. Gregersen, 20. Uinqo, 16. Hussain, 17. Aursnes, 14. Knudzon, 7. Volf Eikrem (k), 19. Hestad, 10. Xames
Ehtiyat oyunçular: 12. Kraninks, 5. Sinyan, 15. Kristensen, 22. Braynhildsen, 27. Pedersen, 30. Bolli, 99. Omoiyaunfo
Görüşü Serbiyadan olan hakimlər briqadası idarə edəcək.
Azvision.az