Qurban Qurbanov: “Bu, bizi narahat edir”

Qurban Qurbanov: “Bu, bizi narahat edir”
  16 Sentyabr 2020    Oxunub:4133
Milli komandaların oyunlarındakı fasilədən sonra bu görüşə hazırlaşmağa iki gün vaxtımız oldu. Ümumi vəziyyət qənaətbəxşdir. Bir neçə futbolçumuzun yüngül zədələri var və bu, bizi narahat edir.
Azvision.az xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Norveçin “Molde” komandası ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

“Xayme Romero və Mahir Emreli zədəlidirlər. Rəqibimiz bu turnirə ciddi hazırlaşır. Çox intizamlı komandadır. “Molde” fərqli sistemdə oynayır. Bu cür rəqiblərə qarşı bir neçə dəfə oynamışıq. İnanıram ki, rəqibi düzgün analiz edib sabah meydanda istədiyimiz oyunu qura biləcəyik”, - deyə baş məşqçi bildirib.

Qeyd edək ki, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” sentyabrın 16-da “AEK Arena”da Norveçin “Molde” klubu ilə qarşılaşacaq.

Azvision.az


Teqlər: QurbanQurbanov  





Xəbər lenti