Gürcüstan-Azərbaycan matçının vaxtı müəyyənləşdi

  15 Sentyabr 2020    Oxunub : 2294
Gürcüstan-Azərbaycan matçının vaxtı müəyyənləşdi
21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin Gürcüstanla keçirəcəyi oyunun başlanma vaxtı müəyyənləşib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, oktyabrın 13-də Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 19:00-da başlayacaq.

Azvision.az

Teqlər: Azərbaycan   Gürcüstan   Futbol