`Qremmi` mükafatları verildi

`Qremmi` mükafatları verildi
  27 Yanvar 2014    Oxunub:1326
17 yaşlı Yeni Zelandiyalı ifaçı Lord ilin ən yaxşı solo ifası, ifa etdiyi “Royals” mahnısı isə ilin kompozisiyası seçilib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən gecə Los Ancelesdə “Qremmi” mükafatının təqdimetmə mərasimi baş tutub.

2013-cü ilin ən yaxşı mahnısı olaraq “Royals” mahnısı seçilib. Mahnını ifa edən 17 yaşlı Lord isə ən yaxşı ifaçı kimi qələbə qazanıb. Gənc müğənninin “Pure Heroine” adlı albomu isə populyar musiqi janrında ötən ilin ən yaxşı albomu nominasiyasında qələbəyə namizəd olmuşdu.

“Ən yaxşı rok kompozisiya” janrında isə “Qremmi” mükafatını Pol Makkartni “Cut Me Some Slack” mahnısına görə qazanıb. O səhnəyə əfsanəvi “The Beatles” qrupunun tərkibində çıxış etdiyi həmkarı Rinqo Starla birlikdə səhnəyə çıxıb. Onların hər ikisi musiqi industriyası sahəsində qazandıqları nailiyyətlərə görə, “Qremmi” mükafatı ilə təltif olunublar.

“İlin ən yaxşı albomu” nominasiyasında isə elektron musiqi janrında duet ifası ilə məşğul olan “Daft Punk” qrupu qalib gəlib. “Random Access Memories” albomu ilə fransız qrupu qələbəni bayram edib. Eyni albom “ən yaxşı rəqs/elektron albom” nominasiyasında, “Daft Punk” qrupu isə “ilin ən yaxşı dueti” nominasiyasında qələbəsini təkrarlayıb.

İlin ən yaxşı musiqi videosuna görə, qələbəni “Suit and Tie” mahnısının klipinə görə, Castin Timberleyk və JAY Z qazanıb.
Maclamore and Ryan Lewis yaradıcılıq cütlüyü isə “ilin tapıntısı” nominasiyasında qələbə qazanıblar. Budan başqa

AzVision.az


Teqlər:  





Xəbər lenti