"Yaranmış vəziyyət həqiqətən çox üzücüdür" - Tahir Gözəl

"Yaranmış vəziyyət həqiqətən çox üzücüdür" -    Tahir Gözəl
  09 Sentyabr 2020    Oxunub:4604
"Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib".
Azvision.az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

O bildirib ki, biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq: "Əgər püşk bizi Norveçdə oynamağa göndərsəydi məmnuniyyətlə bunu edərdik. Amma görünən odu ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdi. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".

Azvision.az


Teqlər: Qarabağ   Klub   Prezident  





Xəbər lenti