“Neftçi”–“Qalatasaray” oyunu şotlandiyalılara tapışırıldı

“Neftçi”–“Qalatasaray” oyunu şotlandiyalılara tapışırıldı
  07 Sentyabr 2020    Oxunub:5555
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi”–“Qalatasaray” matçının hakim təyinatları açıqlanıb.
Azvision.az xəbər verir ki, oyun Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Matçın baş hakimi Kevin Klensi olacaq. Ona Devid Makqişi və Qrimi Stüart kömək edəcəklər. Dördüncü hakim funksiyasını Euan Anderson yerinə yetirəcək.

Görüşün UEFA nümayəndəsi Svetlana Şkil (Ukrayna), hakim-inspektoru isə Sokol Jaresi (Albaniya) olacaq.

Qeyd edək ki, sentyabrın 17-də “Bakcell Arena”da keçiriləcək “Neftçi”–“Qalatasaray” oyunu saat 20:00-da başlayacaq.

Azvision.az


Teqlər: Neftçi   Qalatasaray  





Xəbər lenti