Azərbaycanda əhalinin 20,4 faizi idmanla məşğul olur
İdmanla məşğul olan kişilərin sayı qadınlara nisbətən daha çoxdur. Azərbaycanın kişi əhalisinin 30,8 faizi idmanla məşğul olur. Ölkədə 15-19 yaşlı kişilərin 54 faizi , 20-44 yaşlı kişilərin 40,7 faizi, 45-64 yaşlı kişilərin 17,1 faizi, yaşı 65-dən çox olan kişilərin 8,7 faizi idmanla məşğuldur.
Qadınlara gəldikdə isə, onların yalnız 11 faizi idmanla məşğul olur.
Azərbaycandakı 15-19 yaşlı qadınların 32,2 faizi, 20-44 yaşlı qadınların 13,2 faizi, 45-64 yaşlı qadınların 7 faizi, yaşı 65-dən çox olan qadınların 2,6 faizi idman edir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qeyri-aktiv həyat tərzi və fiziki hərəkətsizliyi dünya üzrə ölümə səbəb olan dördüncü əsas risk amili kimi qiymətləndirir. Dünyada hər 3-cü şəxs kifayət qədər aktiv həyat yaşamır. (Trend)
Azvision.az
Teqlər: İdman