Eldar Quliyev: Məryəm Ələkbərli hər birimizi sevindirəcək

Eldar Quliyev: Məryəm Ələkbərli hər birimizi sevindirəcək
  26 Yanvar 2014    Oxunub:2360
Məryəm Ələkbərli Azərbaycanı bundan sonra da xarici ölkələrdə layiqincə təmsil edəcək və hər birimizi sevindirəcək.
AzVision.az xəbər verir ki, bu sözləri Xalq Artisti, kinorejissor Eldar Quliyev Müasir İncəsənət Muzeyində istedadlı gənc rəssam Məryəm Ələkbərlinin fərdi sərgisində AzərTAc-a müsahibəsində deyib.

Xalq artisti bildirib ki, istedadlı, gənc rəssamın əsərləri, demək olar, Avropanın əksər ölkələrində nümayiş olunmuş, fərdi sərgiləri keçirilib. Mən onun əsərlərinə həm peşəkarların, həm də adi tamaşaçıların münasibətinin şahidi olmuşam. Bu heyrətamiz insan öz xeyirxah daxili dünyasını əlvan rənglərin dili ilə ifadə edir.
Onun mənəvi dünyası zəngin və şəndir. Məryəm Ələkbərlinin əsərləri insanları xeyirxahlığa səsləyir. Bu əsərlərə tamaşa edəndə insan daxilən bir rahatlıq tapır. Onun yaratdığı portretlər qeyri-adidir və heç kimə bənzəmir. Bunlar yalnız Məryəm Ələkbərlinindir. Çox şadam ki, bizdə belə bir gənc rəssam vardır. Əminəm ki, o, bizləri – özünün pərəstişkarlarını bundan sonra da öz əsərləri ilə təəccübləndirəcək və sevindirəcəkdir. Mən özümü onun yaradıcılığının pərəstişkarlarından hesab edirəm.


Teqlər:





Xəbər lenti