Millimizin oyunu ingiltərəli hakimlərə tapşırıldı

Millimizin oyunu ingiltərəli hakimlərə tapşırıldı
  02 Sentyabr 2020    Oxunub:8989
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan-Lüksemburq oyununun hakimləri müəyyənləşib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, oyunu İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Kris Kavanaq olacaq. Ona Daniel Riçard Kuk və Sian Massey kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.

Qarşılaşmanın hakim-inspektoru Stefano Podeski (San-Marino), UEFA nümayəndəsi isə türkiyəli Metin Kazancıoğlu olacaq.

Qeyd edək ki, Azərbaycan-Lüksemburq oyunu sentyabrın 5-də saat 20:00-da Bakı Olimpiya Stadionunda start götürəcək.

Azvision.az


Teqlər: AFFA   Milli   Hakim  





Xəbər lenti