Məşhədi İbadın `Tarixi-Nadir`i Masallıda tapıldı

Məşhədi İbadın `Tarixi-Nadir`i Masallıda tapıldı
  26 Yanvar 2014    Oxunub:3127
“Tarixi-Nadir” kitabının orijinal nüsxəsi Masallıda saxlanılır.
“Bakı” kinostudiyasının istehsalı olan “O olmasın, bu olsun” filmində əsərin qəhrəmanı Məşhədi İbadın adını çəkdiyi məşhur “Tarixi-Nadir” kitabının orijinal nüsxələrindən biri 40 ilə yaxındır ki, Masallı rayonunun Ərkivan qəsəbəsində Həmid Məmmədovun evində qorunub saxlanılır.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, kitabın orijinal nüsxəsini qonşu Bədəlan kəndindən olan yaşlı kitab təmirçisi H.Məmmədovun atasına satmışdır. 163 yaşlı kitab, Hicri-Qəməri təqvimi ilə 1272-ci il (1851) şaban ayının 9-da çapdan çıxmışdır. Fars dilində, nəstəli xətlə yazılan və Məşhədi İbadın yarıya kimi oxuduğu “Tarixi-Nadir” kitabı 147 səhifədən ibarətdir.


Teqlər:  





Xəbər lenti