“El Klassiko” matçlarının tarixi müəyyənləşdi

“El Klassiko” matçlarının tarixi müəyyənləşdi
  01 Sentyabr 2020    Oxunub:3072
İspaniya La Liqasında yeni mövsümün “El Klassiko” matçlarının tarixi müəyyənləşib.
Azvision.az xəbər verir ki, 2020-2021-ci il mövsümündə “Real Madrid” və “Barselona” arasında ilk matç 7-ci tur çərçivəsində oktyabrın 25-i “Nou Kamp” stadionunda olacaq.

İkinci “El Klassiko” 2021-ci il aprelin 11-də 30-cu tur çərçivəsində Madriddəki “Santyaqo Bernabeu”da oynanılacaq.

Xatırladaq ki, ötən mövsümdə La Liqanın qalibi Madrid təmsilçisi olub.

Azvision.az


Teqlər: İspaniya   El-klasiko  





Xəbər lenti