Ermənistan Olimpiadada mübarizəni dayandırdı

Ermənistan Olimpiadada mübarizəni dayandırdı
  28 Avqust 2020    Oxunub:9219
Ümumdünya Şahmat Olimpiadasında Ermənistan yığması çıxışını dayandırıb.
Azvision.az xəbər verir ki, dörddəbir finalda Ermənistan şahmatçıları Hindistan komandası ilə qarşılaşmada məğlub olublar.

Qeyd edək ki, Azərbaycan komandası dörddəbir finalda Polşa yığması ilə mübarizə aparacaq. Bu gün keçiriləcək qarşılaşmada Azərbaycan millisi qalib gələcəksə yarımfinalda Hindistan yığması ilə görüşəcək.

Millimizin əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva yer alıblar. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Azvision.az


Teqlər: Ermənistan   Şahmat   Olimpiada  





Xəbər lenti