“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəliləyib

“Neftçi” və “Qarabağ” UEFA-nın reytinqində irəliləyib
  28 Avqust 2020    Oxunub:8282
Futbol klublarının yeni UEFA reytinqi açıqlanıb.
Azvision.az xəbər verir ki, Azərbaycan klublarının mövqelərində dəyişiklik olub. Ağdamın “Qarabağ” klubu 20,500 xalla 62-ci pilləyə yüksəlib.

“Styaua” (Rumıniya), “Milan” (İtaliya) və “Standard” (Belçika) da eyni xalla 62-65-ci pillələri bölüşürlər.
Bu il avrokuboklarda iştirak etməyən “Qəbələ” 4 pillə geriləyərək 182-193-cü pillədə qərarlaşıb. Təmsilçimizin hesabında 5,500 xalı var.

Avropa Liqasında “Şkupi”ni (Şimali Makedoniya) 2:1 hesabı ilə üstələyən “Neftçi” (5,000 xal) 11 pillə irəliləyərək 212-215-ci yerləri bölüşür.

Qeyd edək ki, klubların siyahısına “Bavariya” (Almaniya) başçılıq edir.


Azvision.az


Teqlər: Neftçi   UEFA  





Xəbər lenti