“Keşlə” Avroliqada mübarizəni dayandırdı

“Keşlə” Avroliqada mübarizəni dayandırdı
  28 Avqust 2020    Oxunub:8898
Bu gün UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinə yekun vurulub.
Azvision.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Keşlə" ilk oyununa çıxıb.

Yunis Hüseynovun rəhbərlik etdiyi komanda Bakıda Albaniyanın "Laçi" klubunu qəbul edib. Matçın əsas və əlavə vaxtında hesab açılmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib.

Penaltilərdə daha dəqiq olan "Laçi" (5:4) növbəti mərhələyə yüksəlib, "Keşlə" isə turnirdə mübarizəni dayandırıb.

Azvision.az


Teqlər: Keşlə  





Xəbər lenti