"Sumqayıt" avrokuboklarda debüt edir

"Sumqayıt" avrokuboklarda debüt edir
  27 Avqust 2020    Oxunub:3727
Bu gün "Sumqayıt" futbol klubu UEFA Avropa Liqasının I təsnifat mərhələsində mübarizəyə başlayır.
Azvision.az xəbər verir ki, "Sumqayıt" avrokuboklardakı debüt oyununda Şimali Makedoniyanın "Şkendiya" komandası ilə qarşılaşacaq.

"Kapital Bank Arena"da baş tutacaq qarşılaşma saat 20:00-da başlayacaq. Matçı qazaxıstanlı hakimlər briqadası idarə edəcək. Oyun “İdman TV”də canlı yayımlanacaq.

Qeyd edək ki, bu gün "Neftçi" və "Keşlə" komandaları da cari mövsüm avrouboklarda ilk oyunlarını keçirəcəklər.

Azvision.az


Teqlər: Sumqayıt   Klub   Avrokubok  





Xəbər lenti