"Neftçi" Avroliqada mübarizəyə başlayır

"Neftçi" Avroliqada mübarizəyə başlayır
  27 Avqust 2020    Oxunub:4490
Bu gün Bakının “Neftçi” klubu UEFA Avropa Liqasında birinci oyununu keçirəcək.
Azvision.az xəbər verir ki, Azərbaycan çempionatının gümüş mükafatçısı Şimali Makedoniyanın “Şkupi” klubu ilə qarşılaşacaq.

“Bakcell Arena"da keçiriləcək görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək. Matç saat 20:00-da başlayacaq və “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, görüşün qalibi ikinci təsnifat mərhələsinə vəsiqə qazanacaq.

Azvision.az


Teqlər: Neftçi   Avroliqa   Klub  





Xəbər lenti