Qurban Qurbanovdan qələbə şərhi

Qurban Qurbanovdan qələbə şərhi
  27 Avqust 2020    Oxunub:6349
"Vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Son 8 gündə 3-cü oyunumuz idi. Komandanın sona kimi mübarizə aparmağa gücü çatdı"
Azvision.az xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Şerif"ə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirdiyi mətbuat konfransında deyib.

"Çox çətin idi. Sönük oyun kimi görünsə də, xeyli qol epizodlarımız oldu. Bunlardan istifadə etmədiyimizə görə əsəbi oyun alındı. Mərhələ keçmək vacib idi. Minimum Avropa Liqasının pley-offunu təmin etdik", - deyə Q.Qurbanov bildirib.

Azvision.az


Teqlər: Qarabağ   Qurban-Qurbanov  





Xəbər lenti