“Qarabağ” növbəti mərhələyə yüksəldi - YENİLƏNİB

“Qarabağ” növbəti mərhələyə yüksəldi -  YENİLƏNİB
  27 Avqust 2020    Oxunub:15553
“Qarabağ” klubu UEFA Çempionlar Liqasının birinci seçmə mərhələsi çərçivəsində Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.
Azvision.az xəbər verir ki, görüş Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilib.

Oyunun 22-ci dəqiqəsində "Qarabağ" hesabı açıb. Uroş Matiç penaltini dəqiq yerinə yetirib. 63-cü dəqiqədə Mahir Emreli Ağdam klubunun ikinci qolunu vurub.

Qarşılaşmanın 78-ci dəqiqəsində “Şerif” qollardan birinin əvəzini çıxıb. Qalan dəqiqələrdə hesab dəyişilməyib.

Görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Ağdam komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

***
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacaq "Qarabağ" və "Şerif" klublarının start heyətləri açıqlanıb.

Azvision.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyunda “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Vild-Donald Gerye, Uroş Matiç, Qara Qarayev, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir və Mahir Emreli yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Dmitri Celabnik, Feyt Fraydey Obolor, Usman Ndiay, Andrey Peteley, Kristiano, Vilyam Parra, Andrey Lukiç, Benedik Mioç, Şarl Petro, Anatol Abanq və Qabriel Boban çıxacaqlar.

Görüşü Ukraynadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması keçirilməyəcək.

Azvision.az


Teqlər: Qarabağ   Şerif  





Xəbər lenti