“Qarabağ”ın iştirak ərizəsində dəyişiklik edildi

“Qarabağ”ın iştirak ərizəsində dəyişiklik edildi
  24 Avqust 2020    Oxunub:8987
“Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Moldova “Şerif”i ilə oyun üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Azvision.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov siyahıya 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu daxil edib.

1-ci təsnifat mərhələsi ilə müqayisədə ölkə çempionunun iştirak ərizəsində dəyişiklik olub. Ağdam təmsilçisi yarımmüdafiəçisi Ruslan Hacıyevi yenidən “Səbail”ə icarəyə verib. Bu səbəbdən oyunçu siyahıdan çıxarılıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 71. Toral Bayramov, 77. Donald Gerye;

Hücumçular: 7. Kvabena Ovusu, 11. Mahir Emreli, 29. Musa Qurbanlı.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçına saat 20:00-da start veriləcək.

Azvision.az


Teqlər: Qarabağ   UEFA  





Xəbər lenti