İmmunitetiniz güclüdürmü? – TEST

İmmunitetiniz güclüdürmü? – TEST
  11 Fevral 2013    Oxunub:2716
Yanvar ayı mülayim keçsə də, sinoptiklər üzümüzə gələn fevral ayının kifayət qədər şaxtalı olacağını bildirirlər.Təbii ki, soyuq hava özü ilə “soyuqdəymə” də gətirəcək. Biz istəməsək də, mövsümi xəstəlik virusları baş qaldıracaq. AzVision.az-ın sizə təqdim etdiyi testdən keçməklə orqanizminizin həmin mövsümi viruslara nə dərəcədə dayanıqlı olduğunu öyrənə bilərsiniz.
1. Yuxusuzluq sizi tez-tezmi narahat edir?

Hə-2, yox-0

2. Səhərlər hətta zəngli saatınızın səsinə belə oyanamaqda çətinlik çəkirsinizmi?

Hə-2, yox-0

3. İsti-soyuq duş qəbul etməkdənsə, artıq 5-10 dəqiqəni yataqda qalmağa üstünlük verirsinizmi?

Bəli-2, yox-0

4.Orta hesabla gündə 6-7 saat və ya daha çox yatırsınız?

Hə-0, yox-2

5. Oturaq işdə çalışırsınız?

Hə-2, yox-0

6. Başgicəllənməniz olururmu, baş ağrıları sizi narahat edirmi?

Hə-2, yox-0

7. Təmiz havada az olursunuz?

Hə-2, yox-0

8. Küçədə olarkən isti paltar və isti ayaqqabı geyinmənizə baxmayaraq, əl və ayaqlarınız soyuqdan donurmu?

Hə-2, yox-0

9. İdmanı sevir və müntəzəm olaraq idman zallarına gedirsinizmi?

Hə-2, yox-0

10. Gördüyünüz müəyyən işlər ağır olmasa da, ürəyinizin tez-tez vurduğunu hiss edirsinizmi?

Hə-2, yox-0

11. Siqaret çəkirsinizmi?

Hə-2, yox-0

12. Qida rasionunuzda hər zaman meyvə-tərəvəzlər olurmu?

Hə-0, yox-2

13. Nadir hallarda stressə düşürsünüz?

Hə-0, yox-2

14. Orqanizminizin möhkəmləndirilməsi ilə ciddi məşğul olursunuzmu?

Hə-0, yox-2

15. Rasional qida rejiminə əməl etməyə çalışırsınızmı?

Hə-0, yox-2

16. Çəkiniz normaya yaxındırmı?

Hə-0, yox 2

17. Ağır iş günündən sonra dincəlməyə vaxtınız olurmu?

Hə-0, yox-2

18. Son zamanlar əsəbi olmusunuz və əvvəllər əhvalınızı yüksəldən məqamlar artıq maraqsızlaşıb?

Hə-2, yox-0

19. Yorğun olmadığınz anlarda qəfil yorğunluq hiss etdiyiniz vaxtlar olurmu?

Hə-2, yox-0

20. Xroniki xəstəlikləriniz varmı?

Hə-2, yox-0


Balları hesablayın və nəticələrlə tanış olun


40-26 bal: Siz çox güman ki, risk qrupuna daxilsiniz, lakin təşvişə düşmək lazım deyil. Həyat tərzinizi dəyişməyi düşünsəniz pis olmaz. Daha çox hərəkətdə olmağa çalışın! Piyada gəzin. Səhərləri heç olmazsa yüngül idmanla başlayan. Stressə səbəb ola biləcək situasiyalardan uzaqlaşmağa çalışın. Düzgün qida rejiminə əməl edin.

Yüngül masajın köməyi ilə damarlarınızı möhkəmləndirin. Əl və ayaqlarınızı ,xüsusilə də uzun gəzintilərdən sonra masaj fırçası və ya dəsmal ilə ovuşdurun. Bu damarlarda qanın sürətlə hərəkət etməsinə, qan dövranının yaxşılaşması isə öz növbəsində soyuğu yaxşı keçirməyə kömək edir. Həkimlə məsləhətləşdikdən sonra qrip əleyhinə vaksin qəbul edin.(Həkim məsləhəti mütləqdir. Çünki vaksinlər bəzən allergiyaya səbəb ola bilir-red.)

24-12 bal: “Öz sağlamlığının qayğısına qalmayan adam, alətlərini heç vaxt alətini itiləməyən ustaya bənzəyir” fikri sizə aiddir. Bununla yanaşı, ilin məhz qış fəslində özünüzə diqqət yetirməniz mütləqdir. Profilaftika üçün xalq təbabətində istifadə olunan qartopu çiçəyi (digər adı viburnum və ya kalina- gərginliyin azalmasına kömək edir) itburnu, çaytikanı( immunitetin artırmaq xüsusiyyətlərinə malikdir), limon, quşüzümü, bal və əlbəttə ki, ənənəvi soğan və sarımsaqdan istifadə edin. Həkimin məsləhəti ilə lazımi peyvəndləri yaddan çıxarmayın. Unutmayın: Xəstəliyin qarşısını vaxtında almaq onu müalicə etməkdən asandır!

10-0 bal: Əmin ola bilərsiniz ki, orqanizminiz soyuqdəymə tipli xəstəliklərin öhdəsindən gələ biləcək. Sağlam həyat tərziniz və profilaftik tədbirləri vaxtlı-vaxtında yerinə yetirməniz xəstəlikləri sizdən uzaqlaşdıracaq. Soyuqdan qorunmağa və lazımsız yerə insanların çox olduğu ictimai yerlərə getməkdən çəkinin.


Teqlər:  





Xəbər lenti