"Bavariya" Çempionlar Liqasının qalibi oldu

   "Bavariya" Çempionlar Liqasının qalibi oldu
  24 Avqust 2020    Oxunub:3106
Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.
Azvision.az xəbər verir ki, bu gün turnirin final qarşılaşması keçirilib.

Həlledici görüşdə Fransa çempionu PSJ ilə Almaniya çempionatının qalibi "Bavariya" üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol matçın taleyini həll edib. Rəqibini 1:0 hesabı ilə məğlub edən "Bavariya" tarixində 6-cı ÇL kubokunu qazanıb.

Azvision.az


Teqlər: Bavariya   ÇL   Çempion  





Xəbər lenti