UEFA-dan azərbaycanlı hakimə təyinat

UEFA-dan azərbaycanlı hakimə təyinat
  18 Avqust 2020    Oxunub:3205
Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan təyinat alıb.
Azvision.az xəbər verir ki, Həsənov Lüksemburq "Proqress"inin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Enqrodan" (Andorra) - "Zeta" (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüşün baş hakimi olacaq.

FİFA referisinə Mübariz Haşımov və Pərvin Talıbov köməklik edəcək. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qeyd edək ki, görüş avqustun 26-da keçiriləcək.

Azvision.az


Teqlər: UEFA  





Xəbər lenti