Ermənistanda koronavirusdan ölüm sayı 824-ə çatdı

Ermənistanda koronavirusdan ölüm sayı 824-ə çatdı
  17 Avqust 2020    Oxunub:1697
Ermənistanda son sutka ərzində 38 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 41 701 nəfərə çatıb.

Son sutkada 6 xəstə ölüb və virusa yoluxma nəticəsində ölənlərin sayı 824 nəfər olub.

İndiyədək 34 655 xəstə sağalıb. Koronavirus aşkar edilmiş, lakin digər xəstəlikdən ölənlər isə 244 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti