Zərif Azərbaycanla münasibətlərdən danışdı

 Zərif Azərbaycanla münasibətlərdən danışdı
  17 Avqust 2020    Oxunub:4953
Qonşu dövlətlərlə münasibətlər İranın xarici siyasətinin əsas prioritetidir.
Azvision.az İRNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Azərbaycana yeni səfir təyin edilmiş XİN-in sabiq mətbuat katibi Abbas Musəvi ilə görüşdə deyib.

"Cənab Musəvi Avropa və Asiyada daha sadə missiya seçə bilərdi, lakin o, Azərbaycanı seçdi və bu, öz fəaliyyəti üçün qonşu ölkəni seçmiş əziz qardaşımızın strateji mövqeyinin dərinliyini göstərir", - deyə Zərif bildirib.

XİN rəhbərinin sözlərinə görə, Musəvinin yaxşı təcrübəsi və bu missiyaya yaxşı hazırlığı, bütün qonşu əyalətlərə səfər etməsi, şübhəsiz ki, onun Bakıda daha uğurlu olacağına əminlik yaradır.

Zərif bildirib ki, bu gün Azərbaycan Respublikası ilə çox yaxşı münasibətlərimiz var.

"11-ci çağırış hökumətinin əvvəlində münasibətlərimiz çox gərgin idi, amma bu gün bu ölkə ilə ən yaxşı və ən yaxın münasibətlərimiz var. İnşallah, bu münasibətlər cənab Musəvi tərəfindən möhkəmlənəcəkdir".

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Azərbaycan   İran   Zərif  





Xəbər lenti