Tixanovskaya: “Milli lider olmağa hazıram” - VİDEO

 Tixanovskaya:  “Milli lider olmağa hazıram” -  VİDEO
  17 Avqust 2020    Oxunub:3542
Belarusda keçirilmiş prezident seçkilərində namizəd olan Svetlana Tixanovskaya milli lider olmağa hazırdır.
Azvision.az xəbər verir ki, bu barədə o, "YouTube" kanalında yerləşdirilən videomüraciətdə deyib.

"Ölkənin sakitləşməsi və normal ritmə qayıtması üçün məsuliyyəti üzərimə götürməyə və milli lider kimi fəaliyyət göstərməyə hazıram", - deyə Tixanovskaya qeyd edib.

O, ən qısa müddətdə yeni prezident seçkilərinin təşkili üçün qanunvericilik bazası və şərtləri hazırlamağın vacibliyini diqqətə çatdırıb.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: Tixanovskaya  





Xəbər lenti