Hindistanda torpaq sürüşməsi - 58 nəfər ölüb

Hindistanda torpaq sürüşməsi -  58 nəfər ölüb
  17 Avqust 2020    Oxunub:2204
Hindistanın cənubunda yerləşən Kerala əyalətində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı ay ərzində 58 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ötən gün musson yağışları nəticəsində yaranan sürüşmə fəlakətindən ən çox ziyan çəkən Munnar bölgəsi olub.

Bu bölgədə azı 2 nəfər ölüb, 12 sakin itkin düşüb, 100-ə yaxın insan evsiz qalıb. Sürüşmələrin əsas qurbanları çay plantasiyasında işləyənlər olub.

Bölgədə yağış və güclü duman şəraitində xilasetmə və axtarış işləri davam edir. Yaşayış yerləri dağılmış sakinlər üçün müvəqqəti düşərgələr salınıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Hindistan   sürüşmə  





Xəbər lenti