Dubayda virusla mübarizədə itlərdən istifadə olunur

Dubayda virusla mübarizədə itlərdən istifadə olunur
  17 Avqust 2020    Oxunub:1820
Dubay hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərdən istifadə olunmağa başlanıb.
Azvision.az xəbər verir ki, bu barədə “Travel and Leisure” nəşri yazıb.

Məlumata görə, itlər insanlarla kontaktda olmayacaq. Heyvanlar tərəfindən koronavirusa yoluxmuş şəxslərin müəyyən edilməsi dəqiqliyi 92% təşkil edir.

Dubay hava limanı koronavirusla mübarizə üçün bu üsuldan istifadə edən ilk aeroportdur.

Qeyd edək ki, Dubay iyuldan etibarən turistlər üçün açıq elan olunub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dubay  





Xəbər lenti