ABŞ-da ailəsini girov götürən gənc polisləri güllələdi

ABŞ-da ailəsini girov götürən gənc polisləri güllələdi
  17 Avqust 2020    Oxunub:2087
ABŞ-ın Texas ştatının Ostin şəhərində ailə üzvlərini girov götürən silahlı şəxs üç polis əməkdaşını yaralayıb.
Azvision.az “Associated Press”ə istinadən xəbər verir ki, polislər qadının çağırışı ilə hadisə yerinə gəliblər.

Şübhəli 25 yaşındadır, o, evdə anası, bir azyaşlı və yaşı bəlli olmayan başqa bir şəxsi girov saxlayıb.

Polis rəisi Mayk Harmon şübhəlinin psixi problemləri olduğunu deyib. O, hadisə yerinə gələn əməkdaşların güllələndiyini söyləyib. Əlavə edib ki, yaralı polislər xəstəxanaya yerləşdirilib.

Harmon vəziyyətə sülh yolu ilə son qoymaq istədiyini vurğulayıb. Onun sözlərinə görə, bu evlə əlaqəli başqa bir hekayə də var, lakin ətraflı məlumat verməyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: ABŞ   Polis  





Xəbər lenti