Türkiyədə daha 19 nəfər koronavirusdan ölüb

Türkiyədə daha 19 nəfər koronavirusdan ölüb
  17 Avqust 2020    Oxunub:2926
Türkiyədə son sutka ərzində 19 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1192 yeni yoluxma faktı qeydə alınıb. Pandemiya qurbanlarının sayı 5974, virusa yoluxanlar isə 249 min 309 nəfərə çatıb.

Türkiyədə indiyədək 230 min 969 pasiyent (son sutkada 997 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti