Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqlədi - YENİLƏNİB

 Nazarbayevin qızı oğlunun ölüm xəbərini təsdiqlədi -  YENİLƏNİB
  17 Avqust 2020    Oxunub:8142
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva oğlu Aysultanın ölüm xəbərini təsdiqləyib.
Azvision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

"Mənim ailəm sevimli Aysultanın itkisindən sonra boş qaldı və bu çətin zamanda tək qalmaq istəyirik", - Nazarbayeva deyib.

***
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev vəfat edib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı Aysultan Londonda dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

Xatırladaq ki, Aysultan Nazarbayev 26 avqust 1990-cı ildə Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva və Rahat Əliyevin ailəsində dünyaya gəlib. O, Astanadakı Beynəlxalq Davamlı Təhsil Kollecində, daha sonra Avstriyada Amerika Beynəlxalq Məktəbində təhsil alıb. 2010-cu ildə Sandxerstdə Britaniya Kral Hərbi Akademiyasını bitirib.

Azvision.az


Teqlər: Nazarbayev   Qazaxıstan  





Xəbər lenti