İranda daha 147 nəfər koronavirusdan öldü

   İranda daha 147 nəfər koronavirusdan öldü
  16 Avqust 2020    Oxunub:3170
İranda son sutka ərzində daha 147 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 19 639 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2133 nəfər artaraq 343 203-ə yüksəlib.

İndiyə qədər 297 486 pasiyent sağalıb.

Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti