Braziliya millisinin sabiq futbolçusu “Zirə”də

Braziliya millisinin sabiq futbolçusu “Zirə”də
  16 Avqust 2020    Oxunub:5200
“Zirə” klubu yeni transferini açıqlayıb.
Azvision.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı Kayo Rangeli heyətinə qatıb. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu daha əvvəl Braziliyanın "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril" klublarının şərəfini qoruyub.

Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində 8 oyun keçirən hücumçu 3 dəfə fərqlənib.

Azvision.az


Teqlər: Zirə   Klub   Futbolçu  





Xəbər lenti