Gürcüstanda koronavirusa yoluxma yenə artdı

 Gürcüstanda koronavirusa yoluxma yenə artdı
  16 Avqust 2020    Oxunub:3632
Gürcüstanda son sutka ərzində daha 15 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 1336-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1088 pasiyent sağalıb, 17 nəfər dünyasını dəyişib. Hazırda karantində 7597, stasionar nəzarətdə isə 249 nəfər saxlanılır.

Azvision.az


Teqlər:





Xəbər lenti