Filippinli nazir yenidən koronavirusa yoluxdu

Filippinli nazir yenidən koronavirusa yoluxdu
  16 Avqust 2020    Oxunub:3201
Filippinin Daxili İşlər naziri Eduardo Anyo yenidən koronavirus infeksiyasına yoluxub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir özü açıqlamasında bildirib.

58 yaşlı Anyoda ilk dəfə mart ayında COVID-19 virusu aşkarlanıb. O, müalicə alaraq sağalıb.

Bir neçə gün əvvəl səhhətində problem yaranan DİN rəhbəri növbəti dəfə testdən keçib. Onun yenidən infeksiyaya yoluxması müəyyən edilib.

Azvision.az


Teqlər: Nazir   Koronavirus  





Xəbər lenti