Koronavirusa yoluxma sayı 294 mindən çox artıb

 Koronavirusa yoluxma sayı 294 mindən çox artıb
  16 Avqust 2020    Oxunub:7532
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Azvision.az xəbər verir ki, hesabata əsasən, ötən sutka ərzində 294 min 237 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, 9985 pasiyent dünyasını dəyişib.
Qeyd edək ki, indiyə qədər ən çox yoluxma, eləcə də ölüm halları Cənubi və Şimali Amerikada aşkarlanıb. İkinci yerdə Avropa regionu gəlir.

Son məlumatlara görə, dünya ölkələri üzrə virusa yoluxma sayı 21 milyon 617 min 697, pandemiya qurbanlarının sayı isə 768 min 995 nəfərə çatıb.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti