Türkiyədə koronavirusla bağlı son vəziyyət

   Türkiyədə koronavirusla bağlı son vəziyyət
  16 Avqust 2020    Oxunub:3896
Türkiyədə son sutka ərzində 21 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 1256 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5955, virusa yoluxanlar isə 248 min 117 nəfərə çatıb.

Türkiyədə indiyədək 229 min 972 pasiyent (son sutkada 992 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti