Rusiyada mədən qəzası: Ölənlər var

  15 Avqust 2020    Oxunub : 3663
Rusiyada mədən qəzası:    Ölənlər var
Rusiyanın Komi Respublikasında kömür mədənində qəza olub. Hadisə nəticəsində dörd nəfər ölüb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, qəza şaxtanın örtüyünün sökülməsi zamanı baş verib. Hadisəyə səbəb kimi təhlükəsizlik qaydalarının pozulması göstərilir.

Qeyd edək ki, həlak olan şəxslərin cəsədləri dağıntılar altından çıxarılıb. Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Rusiya   Mədən   Qəza