Qazaxıstanda 439 yeni yoluxma qeydə alınıb

  15 Avqust 2020    Oxunub : 3274
Qazaxıstanda 439 yeni yoluxma qeydə alınıb
Qazaxıstanda son sutka ərzində koronavirusa 439 yeni yoluxma faktı aşkarlanıb.
Azvision.az xəbər verir ki, bu barədə "CentralAsia" məlumat yayıb.

Bildirilib ki, ümumilikdə ölkədə 102 287 yoluxma halı müəyyən edilib. İndiyədək 80 716 xəstə sağalıb, 1377 nəfər virusun qurbanı olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 1-dən bu günə qədər ölkədə 17 494 nəfər virusa yoluxub, onlardan 211-i vəfat edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Qazaxıstan   virus